Yunanlar Rusiya Elm və Mədəniyyət Mərkəzini yandırdılar - VİDEO

 17:16 26.04.2023     298

Kiprin paytaxtı Lefkoşa şəhərində Rusiya Elm və Mədəniyyət Mərkəzinin (RXM) binası yandırılıb. şahidlərin dediyinə görə, içərisinə Molotov kokteyli atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a mərkəzin rəhbəri Alina Radçenko bildirib.

"İki güclü partlayış olub, divar və dam yanıb. İnsanlar təxliyə edilib. Polis binanı mühasirəyə alıb, yanğınsöndürənlər hadisə yerində işləyir. Şahidlərin sözlərinə görə, binaya "Molotov kokteyli" atılıb..."

Daha sonra Rusiyanın Kiprdəki səfirliyi yanğının söndürüldüyünü və tələfatın olmadığını açıqlayıb.

Tunar Altunbay