44 ukraynalı əsirlikdən azad edildi
Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter"də məlumat yayıb.
O qeyd edib ki, əsir mübadiləsi çərçivəsində 44 nəfər geri qaytarılıb. "44 nəfərimizi evə gətirə bildik. Onlar Mariupolu, “Azovstal”ı, Xerson vilayətini müdafiə ediblər, Şərqdə düşmənə qarşı vuruşublar. Biz eyni zamanda iki mülki vətəndaşımızı da azad etdik", - Yermak bildirib.
Rusiya tərəfi mübadilə barədə məlumat yaymayıb.