Avropa Komissiyasının sədri macarların Rusiya ilə bağlı xahişini yerə saldı

 18:47 26.04.2023     542

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Macarıstanın yerli hakimiyyət nümayəndələrinin Rusiyaya qarşı sanksiyaları ləğv etmək çağırışından imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Macarıstan Şəhərləri Assosiasiyasının rəhbəri, ölkənin cənub-qərbindəki Somogy bölgəsinin inzibati mərkəzi olan Kapoşvar şəhərinin meri Karoy Sita bildirib.

O xatırladıb ki, oktyabrın əvvəlində fon der Leyenə məktub göndərərək Brüsselin sanksiyalar siyasətini dəyişdirmək istəyib, çünki bu, məqsədlərinə çatmayıb və bundan ilk növbədə Aİ ölkələri əziyyət çəkir. Onu təşəbbüsünü Macarıstan bələdiyyələrinin 80%-dən çoxu və ya 2551 yerli hakimiyyət orqanları dəstəkləyib.

MTI xəbər agentliyi Sita-dan sitat gətirib:

“Bu yaxınlarda Avropa Komissiyasının sədrindən cavab belə oldu ki, sanksiyalar qalmalıdır. Onlar saxlamaq istəyirlər, biz özümüz çətinliklərin öhdəsindən gələcəyik”.

Tunar Altunbay