Alla Puqaçova İsraili tərk edir?
Məlum olduğu kimi, Rusiyanın Ukrayna ərazisində başlatdığı müharibə səbəbindən məşhur müğənni Alla Puqaçova ailəsi ilə birlikdə İsrailə getdi. Bununla da o, Rusiya Prezidenti Vladimir Putinin qanlı müharibəsinə qarşı olduğunu göstərdi. Müğənni orada əri və uşaqları ilə qardaşı Maksim Qalkinin malikanəsində yaşayır. Onun Moskva vilayətində az qala bütün dünyanın heyran qaldığı sarayı sirli iş adamı alıb.
Redaktor.az xəbər verir ki, indi Rusiya mətbuatı səhhətindəki problemlərə görə Alla Borisovna Puqaçovanın İsraili tərk etməyə hazırlaşdığını yazmağa başlayıb. Jurnalistlər müğənniyə yaxın adamlara istinad edərək bildirirlər ki, yay orada çox isti olur və o, istiyə dözə bilmir, ona görə də payıza qədər Yurmalada (Latviya) uşaqları ilə qalacaq.
Bildirilir ki, Puqaçova artıq Yurmaladakı “Marta” villasını icarəyə götürməyə razılaşıb – bu, Latviyanın ən bahalı komplekslərindən biridir. O, hər dəfə bura gələndə ailəsi ilə birlikdə bu mənzildə qalır. Villanın daha bir üstünlüyü onun Primadonnanın yaxın dostu Laima Vaykulenin evinin yaxınlığında yerləşməsidir.
Qeyd edək ki, rəsmi olaraq nə Maksim Qalkin, nə də Alla Puqaçova özü müğənninin İsraili tərk etməsi ilə bağlı məlumatı təsdiqləməyib.
Turan İSMAYIL