"Ərazi kompromisi qəbuledilməzdir" - Zelenski

 20:06 26.04.2023     439

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Çin sədri Si Cinpinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin həllinin müzakirə edildiyini bildirib və ərazi kompromisləri ilə sülhün bərqərar olmasını qəbuledilməz hesab etdiyini deyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Telegram"da paytlaşımında qeyd edib.

"Bir saatlıq söhbət zamanı biz Si Cinpinlə ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etdik. Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirildi",- Zelenski yazıb. 

Onun sözlərinə görə, ərazi kompromisləri hesabına sülhdən söhbət gedə bilməz və Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir.

Tunar Altunbay