ABŞ bu il 80 nüvə başlığı istehsal EDƏCƏK

 20:18 26.04.2023     509

ABŞ hakimiyyəti bu il 80 nüvə başlığı buraxmağı, eləcə də mövcud nüvə qüvvələri modernləşdirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının saytında deyilir.

"2023-cü maliyyə ili çərçivəsində 80 plutonium yükünün istehsalını əhatə edən proqram nəzərdə tutulub. Bundan əlavə, "B61-12" nüvə bombalarının istismar müddətinin uzadılması və "Trident II" qitələrarası ballistik raketləri üçün "W88" nüvə başlıqlarının təkmilləşdirilməsi üzrə işlərin davamı planlaşdırılır",- bəyanatda bildirilir.

Bundan başqa nüvə qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində qanadlı raketlər üçün "W80-4" və "Sentinel" qabaqcıl qitələrarası ballistik raketləri üçün "W87-1" nüvə başlıqlarının istehsalına da başlanılıb.

Bu raketlər ABŞ-ın strateji nüvə qüvvələrinin silos əsaslı yeganə qitələrarası ballistik raketləri olan "Minuteman III"-ü əvəz etməlidir.

Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2022-ci ildə nüvə silahından istifadə riski Soyuq Müharibədən bəri pik həddə çatıb. Döyüş başlıqlarının sayına görə 2022-ci ildə birinci yeri ABŞ (1744, ehtiyat - 3708), ikinci yeri Rusiya (1588, ehtiyat 4477) və Fransa (280, ehtiyar 290) tutub.

Tunar Altunbay