ABŞ Norveçə 1 milyardlıq helikopter satacaq

 09:23 27.04.2023     330

ABŞ Dövlət Departamenti "MH-60R" helikopterlərinin və digər sistemlərin Norveçə satılmasına icazə verib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi təxminən 1 milyard dollar qiymətinə olan MH-60R" çoxməqsədli helikopterlərin və müvafiq avadanlıqların Norveç hakimiyyətinə potensial satışını təsdiqləyib.

Administrasiya qərarla bağlı ABŞ Konqresini xəbərdar edib. Qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək üçün 30 günü var.

Vumart və Güvən reklamı Vumart Güvən