Ərdoğanın infarkt keçirməsi təkzib olundu

 11:34 27.04.2023     360

Türkiyənin Rabitə Nazirliyinin Dezinformasiya ilə Mübarizə Kommunikasiya Mərkəzi Prezident Rəcəb Tayyib Ərdoğanın infarkt keçirməsi ilə bağlı iddiaları təkzib edib.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, nazirlik Rəcəb Tayyib Ərdoğanın infarkt keçirməsi ilə bağlı iddiaların doğru olmadığını açıqlayıb.

“Bəzi sosial media hesablarında paylaşılan “Prezident R.T.Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” iddiaları həqiqətə uyğun deyil. Prezident Rəcəb Tayyib Ərdoğan sabah keçiriləcək “Akkuyu Atom Elektrik Stansiyasına İlk Yanacaq Doldurulma” mərasimində canlı əlaqə vasitəsi ilə iştirak edəcək” - açıqlamada deyiir.

Qeyd edək ki, mövzu ilə bağlı Twitter-də ingiliscə paylaşım edən Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı bu cür əsassız iddiaları rədd edirik. Prezident AES-in sabah açılışında videokonfrans vasitəsilə iştirak edəcək. Heç bir dezinformasiya Türkiyə xalqının onun tərəfində olduğunu, Rəcəb Tayyib Ərdoğan və onun “AK Partiya”sının 14 may seçkilərində qalib gəlmək əzmində olduğunu təkzib edə bilməz” deyərək iddiaları təkzib edib.

Həmçinin AKP sözçüsü Ömər Çelik bildirib ki, Prezidentin səhhəti ilə bağlı bəzi xarici mətbuatda əxlaqsız yalan xəbərlər var.

"Prezidentimiz iş başındadır. Bir az dincəldikdən sonra eyni qaydada proqramlarına davam edəcək", - deyə o, bildirib.

Arzu İSMAYIL