Türkiyə “Gökdemir”i uğurla sınaqdan keçirdi

 12:10 27.04.2023     252

Türkiyə “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirib.

Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sınaq zamanı “Gökdoğan” raketlərindən istifadə olunub.

Qeyd edək ki, “Gökdemir” ASELSAN və TÜBİTAK-SAGE şirkətlərinin birgə istehsalıdır.

Bu sistemin raketləri 70 kilometrdən daha çox məsafəyə çata bilir.

Ehtimal olunur ki, yaxın vaxtlarda “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemində “Bozdoğan” raketlərinin də atışı həyata keçiriləcək.