ABŞ kəşfiyyatı Almaniya Çin məxfi danışıqlarını dinləyib

 14:52 27.04.2023     361

Amerika kəşfiyyatı Almaniya Müdafiə Nazirliyinin nümayəndələrinin kommunikasiyalarına nəzarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "Die Zeit" jurnalı və "Tagesschau" informasiya portalı Pentaqonun və Amerika kəşfiyyatının internetə daxil olan məxfi sənədlərinə istinadən məlumat yayıb.

Söhbət Almaniya Müdafiə Nazirliyi və Çinin hərbi dairələrinin nümayəndələrinin fevralın 20-də baş tutan qapalı görüşündən gedir. Amerika kəşfiyyatı hesabatlardan birindən irəli gələn görüşün bəzi şərtləri haqqında öyrənib.

"Almaniya nazirliyi Çin daha şəffaf hərəkət etməyə başlayana qədər onunla sıx əməkdaşlıqdan imtina edir", - ABŞ kəşfiyyatının xülasəsində deyilir.

Məlumatlar "tam məxfi" kimi təsnif edilir. Hesabatda bu məlumatın əldə edilməsi üsulu kimi “rabitə vasitələri ilə kəşfiyyat” göstərilir.

Media idda edir ki, bu, həm onlayn yazışmaların ələ keçirilməsi, həm də İT sistemlərinin sındırılması ilə mümkün olub.

Xatırladaq ki, ABŞ Milli Hava Qvardiyasının üzvü 21 yaşlı Cek Duqlas Teyşeyra aprelin 13-də Amerikanın məxfi sənədlərini dərc etməkdə şübhəli bilinərək həbs edilib.

2013-cü ildə həftəlik Der Spiegel qəzeti keçmiş MKİ zabiti Edvard Snoudenin ifşalarını dərc edib. Xüsusilə də məlum olub ki, Amerika kəşfiyyatı uzun illərdir Avropada minlərlə hədəfi izləyib, Almaniya vətəndaşlarını dinləyib, hətta o vaxt kansler olan Angela Merkelin telefonuna bir neçə dəfə qoşulub.

Tunar Altunbay