“Azadlıq Radio“sunun Bişkek bürosunu bağlandı

 15:40 27.04.2023     279

Qırğızıstan paytaxtının Leninski rayon məhkəməsi “Azad Avropa Radiosu” (Radio Free Europe/Radio Liberty) holdinqinə daxil olan “Azadlıq Radio“sunun Bişkek bürosunu bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Büro nümayəndələri qərarın verilməsindən sonra 30 gün ərzində Bişkek şəhər məhkəməsinə şikayət təqdim edə bilər.

Xatırladaq ki, ötən ilin payızında Qırğızıstanın Mədəniyyət Nazirliyi radiostansiyanın fəaliyyətini iki ay müddətinə dayandırıb. Buna səbəb olaraq, radionun düşmən mövqe sərgiləməsi və təsdiqlənməmiş məlumat yaymaq (dezinformasiya) göstərilmişdi.