İran ABŞ tankerini saxladı

 19:28 27.04.2023     550

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri cümə axşamı günü Oman körfəzində Marşal adaları bayrağı altında üzən ABŞ neft tankerini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Aprelin 27-də Marşal adaları bayrağı altında üzən “Advantage Sweet” neft tankeri Oman körfəzində beynəlxalq sulardan keçərkən SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qaçırılıb”, - deyə agentliyin Twitter səhifəsində bildirilib.

Birləşmiş Ştatlar vəziyyəti fəal şəkildə izləyir və İran hakimiyyətini "neft tankerini dərhal azad etməyə" çağırır, çünki bu, "beynəlxalq hüququ pozur və regional təhlükəsizlik və sabitliyə zərər verir".

IRNA-nın verdiyi məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri gəminin həbs olunduğunu təsdiqləyib.

“Fars körfəzində naməlum tankerin İran gəmisi ilə toqquşması və nəticədə İran ekipajının iki üzvünün ölümü ilə nəticələnən  tanker Oman körfəzində saxlanılıb”,- Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, son iki il ərzində İran əsassız olaraq Yaxın Şərqdə səyahət edən 5-ə yaxın ticarət gəmisini saxlayıb.

Tunar Altunbay