"Ərdoğanın ehtiyacı olan ölkələrə un çatdırmaq ideyası üzərində iş gedir" - Putin

 20:26 27.04.2023     373

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyanın ehtiyacı olan ölkələrinə pulsuz un göndərilməsi təşəbbüsü üzərində iş gedir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Cənab Ərdoğanın Rusiya tərəfinin tədarük etdiyi taxıldan Türkiyə un sənayesi tərəfindən istehsal olunacaq unun dünyanın ən ehtiyacı olan ölkələrinə pulsuz daşınması təşəbbüsü üzərində iş aparılır”, - Putin "Akkuyu" AES-ə nüvə yanacağının çatdırılması mərasimi zamanı deyib.

Aprelin 27-də hər iki ölkənin liderləri Rusiya istehsalı olan nüvə yanacağının Türkiyənin ilk Atom Elektrik Stansiyasının “Akkuyu”nun 1 nömrəli enerji blokuna çatdırılması münasibətilə keçirilən təntənəli mərasimdə videokonfransda iştirak ediblər. Rosatom dövlət korporasiyası tərəfindən inşa edilmişdir.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrəsinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 18 mart 2023-cü ildə sövdələşmə 60 gün müddətinə, mayın 18-dək uzadılıb.

Turan İSMAYIL