Ömürlük məhkuma daha bir ömürlük cəza

 21:11 27.04.2023     448

Rusiya Ali Məhkəməsi məhbus İslam Yandiyevin ona Tetris oyunu vermək vəsatəti ilə bağlı iddiasını təmin etməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, müvafiq qərar məhkəmənin saytında dərc olunub.

Yandiev ömürlük həbs cəzasını Xabarovsk diyarında çəkir.

2020-ci ildə koloniyada ona Tetris ilə bir bağlama göndərilib. Cəzaçəkmə müəssisəsinin əməkdaşları məhbusa istifadə edilməsi qadağan olunan əşya olduöun üçün Yandiyevə oyunu verməyiblər.

Yandiev bunun internetə çıxışı olmayan stolüstü oyun olduğuna görə narazılığını bildirib.

O, inzibati qaydada iddia qaldırıb. İnquşetiyanın Nazranovski Rayon Məhkəməsi 2021-ci ildə onun iddiasını təmin etməkdən imtina edib. Məhkum apellyasiya şikayəti verdi - apellyasiya məhkəməsi FSIN əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etdi və Yandiyevə oyunu qaytarmağı tapşırıb.

Lakin Xabarovsk Federal Penitensiar Xidməti bu qərardan 2023-cü ilin martında kassasiya şikayəti verib.

Nəticədə, Ali Məhkəmənin İnzibati İşlər üzrə Məhkəmə Kollegiyası işə baxılarkən maddi hüquq normalarının pozulduğunu bəyan edib və Yandiyevə yenidən Tetrisin ötürülməsi qadağan edilib.

Məhkəmə, oyunun hələ də elektron yaddaş mühitinin xüsusiyyətlərinə sahib olduğu qənaətinə gəlib.

Tunar Altunbay