Peskov Putinə pilotsuz təyyarə ilə sui-qəsd barədə DANIŞDI

 21:45 27.04.2023     390

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib ki, Ukrayna kəşfiyyat orqanlarının Rusiya prezidenti Vladimir Putinə pilotsuz uçan aparatdan istifadə edərək sui-qəsd cəhdi ilə bağlı xəbərlər Kremlə tanış deyil.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 "Xeyr, biz bu nəşrlərlə tanış deyilik. İndi bu cür müxtəlif “sarı uydurmalar” çoxdur. Bu, bütün bunlarla tanış olmaq üçün səbəb deyil”, - Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Bild” qəzeti  Ukraynanın xüsusi xidmət orqanları kamikadze pilotsuz uçan aparatdan istifadə edərək Rusiya liderinə sui-qəsd təşkil etməyə cəhd etmələri barədə məlumat dərc edib.

Nəşr göstərir ki, aprelin 23-də günorta saatlarında Ukraynada "UJ-22" tipli təyyarə (800 km-ə qədər uçuş məsafəsi olan müasir Ukrayna pilotsuz uçan aparatı) buraxılıb, lakin o, qəzaya uğrayıb.

Tunar Altunbay