Putindən Paşinyana növbəti "qulaqburması" - Rusiya Ermənistandan yük maşınlarının girişinə qadağa qoydu

 22:52 27.04.2023     481

Rusiya Ermənistana təzyiqlərini davam etdirir.

Redaktor.az "Reuters"ə istinadla bildirir ki, bu dəfə Vladimir Putinin mümkün həbsi və Nikol Paşinyanın Şimali Atlantika Alyansı ilə birgə təlimlərdə iştirak etmək qərarı ilə bağlı xəbərlərdən sonra Moskva bu ölkədən yük maşınlarının ölkəyə girişinə qadağa qoyub.

Parlamentin “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan “Facebook”da bildirib ki, yeni qadağa barədə məlumatı bir neçə gündür kənd təsərrüfatı məhsulları ilə Gürcüstan ərazisindən Rusiyaya gedə bilməyən sürücülər və fermerlər verib.

“Gürcüstan xəbər verir ki, Rusiya tərəfi Ermənistan yük maşınlarının ölkəyə girişini qadağan etmək qərarına gəlib”, - məlumatda deyilir.

Bununla bağlı sərhəddə növbələr yaranır və Moskva heç bir izahat belə verməyib.

"İstixanalara böyük ziyan dəyə bilər. Qarşıdakı aylarda isə ərik və digər meyvələrin mövsümü başlayanda kənd təsərrüfatının bu sahəsi tamamilə təhlükə altında ola bilər",- siyasətçi bildirib.

Xatırladaq ki,, Ermənistan 2023-cü ilin yanvarında o, öz ərazisində KTMT təlimləri keçirməkdən tamamilə imtina edib.

İki ay sonra isə KTMT baş katibinin müavini vəzifəsinə kvota verməkdən imtina edib. Martın 31-də Rusiya Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət qoyulması məsələsini nəzərdən keçirdiklərini açıqlayıb.

Aprelin 22-də Ermənistan hərbçilərinin də iştirak etdiyi NATO-nun Müdafiəçi-23 təlimləri başlayıb və bu, Moskva ilə İrəvan arasında münasibətləri pisləşdirib.

Tunar Altunbay