Moldova Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasında iştirak edəcək

 23:59 27.04.2023     377

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Moldovanın Rusiya üzərində xüsusi tribunalın yaradılmasında iştirak edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri tviterdə yazıb.

Moldovalı həmkarı Nik Popesku ilə görüşdüyünü bildirən Kuleba danışıqlarda Ukraynanın Avropa İttifaqına qoşulmasının sürətləndirilməsi üzrə addımların müzakirə olunduğunu bildirib.

“O mənə Moldovanın, Ukraynaya qarşı təcavüz cinayətinə görə Xüsusi Tribunalın yaradılması üzrə Əsas Qrupa qoşulmaq qərarı barədə məlumat verib. İndi 35 dövlət var”, - XİN başçısı tviterdə qeyd edib.