Rusiyanın İspaniyadakı səfirliyinə xəbərdarlıq edildi

 10:03 28.04.2023     295

Rusiyanın Madriddəki səfiri Yuri Klimenko Rusiyanın diplomatik missiyasının sosial şəbəkədəki paylaşımı ilə əlaqədar cümə axşamı İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü "El Confidential" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, xarici işlər və qlobal məsələlər üzrə dövlət katibi Anceles Moreno səfirlə görüşüb.

O, Klimenkodan Ukraynadakı münaqişə ilə bağlı videoçarxın səfirliyin “Twitter” səhifəsində yerləşdirilməsini izah etməyi xahiş edib.

Tunar Altunbay