Serbiya Prezidenti təcili xəstəxanaya YERLƏŞDİRİLDİ
Serbiya prezidenti Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü axşam "B92" telekanalı məlumat yayıb.
Məlumata görə, Serbiya lideri adətən belə hallarda xidmətlərindən istifadə etdiyi Hərbi Tibb Akademiyasına deyil, təcili yardıma müraciət edib.
Dövlət başçısı və prezidentin mətbuat xidməti bununla bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, 2019-cu ildə A.Vuçiç ürək-damar xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alıb.
Tunar Altunbay