Türkiyə təyyarəsi atəşə tutuldu

 12:17 28.04.2023     457

Sudanda təxliyə prosesini həyata keçirən Türkiyənin C-130 təyyarəsinə atəş açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hücum yüngül silahlarla həyata keçirilib.

Məlumata görə, şəxsi heyət arasında ölən və yaralanan yoxdur.

Təxliyə təyyarəsi missiyasını uğurla başa çatdırıb (report).