Rusiyada kinoteatrın damı yandı

 23:12 28.04.2023     418

Rusiyada Sankt-Peterburqun mərkəzində, Nevski prospektində yerləşən “Xudojestvennıy” kinoteatrının yerləşdiyi binanın damında yanğın baş verib.

Redaktor.az TASS-a istinadə\n xəbər verir ki, binanın yaxınlığındakı sağ zolağın bir hissəsi yanğınsöndürənlər tərəfindən mühasirəyə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidməti də hadisə yerində fövqəladə hallar xidmətinin işlədiyini bildirib.

Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.

"Nevski prospekti, ev 67 ünvanında yanğınla bağlı xəbər saat 20:26-da daxil olub. Beşmərtəbəli binanın çardağının mərtəbəsində 15 kvadratmetr sahədə yanğın baş verib”, - məlumatda deyilir.