Pakistanda 3 hərbçi öldürüldü 

 23:37 28.04.2023     340

Pakistanın Hayber Paxtunxva vilayətində silahlılar hərbçilərə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Qarşıdurmada 3 əsgər həyatını itirib, 7 yaraqlı zərərsizləşdirilib.

Təhlükəsizlik qüvvələri qarşıdurma nəticəsində öldürülən 7 silahlının silah və sursatını müsadirə edib.