Sudandan 65 İran vətəndaşı təxliyə olunur
İran vətəndaşlarının Sudandan təxliyəsi Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü Nasir Kənani məlumat verib.
O bildirib ki, Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq 65 İran vətəndaşı ölkəyə təxliyə olunur: "Vətəndaşlarımızın Xartumdan Port Sudana köçürülməsi və sonra Ciddə limanına göndərilməsi üçün lazımi tədbirlər görülüb”.