Türkiyə bayrağına qarşı növbəti  TƏXRİBAT

 12:47 29.04.2023     433

Danimarkada müqəddəs Quran kitabına və Türkiyə bayrağına qarşı növbəti dəfə təxribat törədilib.

Redaktor.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Danimarkadakı "Patrioterne Gar Live" adlı marjinal qrupun islamofob və ultra-millətçi bir üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağını və Quranı təhqir edib.

Prezident və parlament seçkiləri üçün Danimarkadakı səfirlikdə səs verməyə gələn Türkiyə vətəndaşları təxribata reaksiya veriblər.

Təxribat zamanı heç bir zorakılıq yaşanmasa da, Danimarka səlahiyyətlilərinin Türkiyənin Kopenhagendəki səfirliyinə əvvəlcədən məlumat verdiyi və lazımi təhlükəsizlik tədbirləri gördüyü bildirilib.