Ruslar Ukraynada daha 6 uşaq öldürdü

 19:24 29.04.2023     530

Rusiyanın Ukraynanın Uman şəhərində yaşayış binasına raket hücumu nəticəsində 6 uşaq həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın hündürmərtəbəli binaya endirdiyi zərbə nəticəsində 23 nəfər həlak olub. Ölənlərin altısı uşaqdır. 22 nəfər isə dağıntılar altından çıxarılıb”, - məlumatda deyilir.