Zelenski üstündə gəzdirdiyi silahı AÇIQLADI

 20:03 29.04.2023     381

Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirir.

Redaktor.az xəbər verir ki, Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib.

 

"Ukrayna prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!", - Zelenski deyib.

Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı barədə təxminləri rədd edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.