Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək - Baş nazir

 22:12 29.04.2023     276

Polşa Kalininqrad vilayətində Rusiya Federasiyası ilə sərhədin mühafizəsini gücləndirəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa hökumətinin başçısı Mateuş Moravetski açıqlayıb.

“Polşa-Rusiya sərhədində biz əvvəllər Belarusla sərhəddə olduğu kimi təhlükəsizliyi təmin edəcəyik”, - Moravetski əlavə edib.

Qeyd edək ki, ötən ilin yanvarında miqrasiya böhranı fonunda Polşa hakimiyyəti Belarusla sərhəddə divar hörmək qərarına gəlib. Hasarın hündürlüyü 5,5 metr, uzunluğu isə 186 kilometrdən çox olacaq.