Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin görüntüləri yayılıb - VİDEO

 23:40 29.04.2023     452

Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin necə olacağı ilə bağlı görüntülər yayılıb.

Bu barədə Redaktor.az “Haber Global”a istinadən xəbər verir.

Azərbaycan məhəlləsi adı veriləcək ərazinin görüntülərini Türkiyənin İctimai Mənzil idarəsi yayımlayıb.

Qeyd edək ki, yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

 

Vumart və Güvən reklamı Vumart Güvən