Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı - 2 ölü, 45 yaralı

 14:38 30.04.2023     354

Türkiyənin Şırnak şəhərində hərbçiləri daşıyan avtobus yoldan çıxaraq aşıb.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 45 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərin hər ikisi, yaralanlardan isə 4-ü hərbçidir.

Yaralılar xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.