İran parlamenti nazirin impiçmentinə qərar verdi - FOTO

 15:44 30.04.2023     330

İranın sənaye, mədən və ticarət naziri Seyidrza Fatemi Amin vəzifəsindən uzaqlaşdırılıb.

Redaktor.az IRNA-ya istinadən xəbər verir ki, İran parlamenti nazirə impiçment elan edib.

Bildirilib ki, məclis üzvlərinin 162-si lehinə, 102-si əleyhinə səs verib, 2 nəfər çəkinib, 6 nəfərin səsi isə etibarsız hesab edilib.

Qeyd edək ki, daha sonra İran Prezidenti İbrahim Rəisi nazirin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müvafiq sərəncam imzalamalıdır.