Leysan 5 nəfərin həyatına son qoydu 

 22:43 30.04.2023     362

Pakistanda leysan yağışları daşqına səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Regional Fəlakət İdarəetmə İdarəsi məlumat yayıb.

Daşqın zamanı 5 nəfər həyatını itirib. Ölüm hadisələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan vilayətində qeydə alınıb.

Güclü yağış səbəbindən Bəlucistanda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb, iki əsas yolun bağlanması nəticəsində vilayətin digər ərazilərlə əlaqəsi kəsilib.

Vumart və Güvən reklamı Vumart Güvən