Avtomobil sexinə silahlı hücum - 10 nəfər qətlə yetirildi

 00:15 01.05.2023     329

Ekvadorda naməlum şəxslər avtomobil təmiri sexinə silahlı hücum edib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Quayaquil şəhərində baş verib.

Hücum zamanı 10 nəfər öldürülüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, hücum edən şəxslər sexdə futbola baxan bir qrup şəxsi güllələyiblər.