Rusiya Polşanı hədələdi: “Çox sərt cavab veriləcək”

 23:44 30.04.2023     245

Aprelin 29-da Rusiyanın Polşa səfirliyindəki məktəbin ələ keçirilməsinə Moskva çox sərt cavab verəcək.

Redaktor.az vesti.ru-ya iotinadla bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat həmçinin uşaqların təhsilinin tezliklə davam etdiriləcəyini də vurğulayıb.

Onun sözlərinə görə, məktəb bir neçə gün ərzində Polşa hakimiyyətinin zəbt etdiyi binadan yeni binaya köçürüləcək.