Qərb ölkələri Ukraynanın əks hücuma hazır olmamasından narahatdır

 09:57 01.05.2023     271

Ukraynaya yardım göstərən Qərb ölkələri onun silahlı qüvvələrinin vəziyyətindən və əks hücuma keçmək istəməməsindən narahatdırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, Ukrayna ordusunun keyfiyyətli təlim keçmək üçün kifayət qədər vaxtı və əks-hücum üçün lazımi qədər sursatı yoxdur.

Qeyd olunur ki, Ukraynaya yardım üçün milyardlarla dollar sərmayə qoyan ABŞ və Avropa ölkələri əks-hücum gözləyir, cəbhədəki statik vəziyyət bəzi yüksək rütbəli məmurlarda Ukrayna kampaniyasının uğuruna şübhələr yaradır.

Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücum əməliyyatı ilə bağlı mesajlar aprelin 25-də yayılıb.

Sonra The New York Times Pentaqonun və Amerika kəşfiyyatının internetə sızan məxfi sənədlərinə istinad edərək, Ukrayna qoşunlarının gələn ay cənub istiqamətində əməliyyat keçirməyi planlaşdırdığını bildirib.

Nəşrin məlumatına görə, bunun üçün aprelin sonuna qədər Ukrayna hər biri 4 min nəfərdən ibarət 12 döyüş briqadası hazırlamalıdır.

Tunar Altunbay