Liz Trass oğurlanan əşyalara görə 12 min cərimə dəyəcək

 10:41 01.05.2023     293

Britaniya Nazirlər Kabineti keçmiş baş nazir Liz Trussa 12 min funt-sterlinq (təxminən 15 min dollar) hesab-faktura verib. Bura "Chevening House" malikanəsində itkin düşmüş tərlik və xalat daxildir.

Redaktor.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qeyd edildiyi kimi, hamam aksesuarları Liz Trassın Böyük Britaniyanın baş naziri postuna keçməsi şərəfinə təşkil etdiyi ziyafətdən sonra yoxa çıxıb.

Kabinet rəsmiləri bildiriblər ki, Trass mülkdən dövlət işləri üçün deyil, partiya işləri üçün istifadə edib. Bu isə dövlət büdcəsindən ödənilməməlidir. Keçmiş baş nazir özü bütün xərclərin bölünməsini alana qədər hesabı ödəməkdən imtina etdi.

Xatırladaq ki, Liz Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının lideri seçilib. Ertəsi gün o, Böyük Britaniyanın baş naziri vəzifəsinə təsdiq olunub.

Oktyabrın 20-də isə Truss istefa verdiyini açıqladı.

Tunar Altunbay