Suriyada İŞİD lideri məhv EDİLDİ

 11:24 01.05.2023     303

Türkiyə kəşfiyyatı şənbə günü Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu əl-Hüseyn əl-Küreyşini məhv edib.

Redaktor.az xəbər verir ki, bunu bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Türk telekanalının efirində bildirib.

"Türkiyə milli kəşfiyyatı uzun müddətdir ki, İŞİD lideri Əbu əl-Hüseyn əl-Qureyşini izləyirdi Bu şəxs dünən Suriyada Türkiyə kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində məhv edilib",- Ərdoğan deyib.

O, həmçinin bəyan edib ki, Türkiyə terror təşkilatları arasında fərq qoymadan onlara qarşı mübarizəni davam etdirəcək.

Tunar Altunbay