Zukerberqə inamsızlıq artıb

 11:32 01.05.2023     363

"Meta" şirkətində kütləvi ixtisarlar fonunda şirkətin qurucusu Mark Zukerberqə inamsızlıq artır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” şirkət əməkdaşlarının anonim açıqlamalarına istinadən məlumat yayıb.

Açıqlamalarda qeyd edilir ki, şirkət əvvəllər böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik həmişə öz gələcəyinə inamını qoruyub.

Hazırda isə , nəşrə məlum olduğu kimi, söhbət on minlərlə ixtisar edilən işçidən və anlaşılmaz perspektivlərdən gedir.

“Meta”nın mürəkkəblikləri arasında “metaverse” sərmayəsinin aşağı gəlirliliyi, geosiyasi qeyri-sabitlik və  faiz dərəcələrinin artması  İT sektoruna mənfi təsir göstərib.

Zukerberq şirkəti iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün  işçiləri ixtisar etməklə xərcləri azaltmaq qərarına gəlib.

Arzu İSMAYIL