Rusiya Ermənistanın qazını kəsdi

 12:46 01.05.2023     400

Rusiyanın Stavropol diyarında yerləşən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması məqsədilə mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılıb.

Redaktor.az "aysor.am"a istinadən xəbər verir ki, “Qazprom Armeniya”ın yaydığı məlumata görə, göstərilən müddət ərzində Ermənistanda istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək

Tunar Altunbay.