Rusiyada dəmir yolu partladıldı - VİDEO

 14:48 01.05.2023     363

Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində dəmiryol relslərində partlayıcı qurğunun partlaması nəticəsində yük qatarının lokomotivi relsdən çıxıb.

Redaktor.az bildirir ki, bu barədə Teleqram kanalında regionun rəhbəri Aleksandr Boqomaz məlumat verib.

"Uneça rayonunda, Bryansk-Uneça dəmir yolu xətlərinin 136-cı km-də naməlum partlayıcı qurğu işə düşüb, nəticədə yük qatarının lokomotivi relsdən çıxıb. Tələfat yoxdur",- o yazıb.

Yolun bu hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. "Hazırda operativ xidmətlər yerində işləyir",- Boqomaz əlavə edib.

Fövqəladə vəziyyətlə bağlı məlumatı Rusiya Dəmir Yolları da təsdiqləyib və əlavə edib ki, sərnişin qatarlarında gecikmələr mümkündür..

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, lokomotivin relsdən çıxması yanğına səbəb olub.

"Bir teplovozun və iki vaqonun relsdən çıxması nəticəsində yanğın baş verib. 70 vaqon yanğından mühafizə olunub", - mənbə bildirib.

Tunar Altunbay