ABŞ dövlət katibi Ermənistanın XİN başçısı ilə görüş keçirir
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Redaktor.az “Sputnik Armenia”ya istinadən məlumat verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
İkitərəfli görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da iştirakı ilə üçtərəfli görüş gözlənilir.