Türkiyənin ilk yerli qırıcısının adı açıqlandı

 17:37 01.05.2023     412

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli döyüş təyyarəsinin adını rəsmi olaraq açıqlayıb.

Redaktor.az “NTV”yə istinadən xəbər verir ki, Ankarada tədbirə qatılan Ərdoğan sözügedən təyyarənin adının “KAAN” olduğunu elan edib.

Qeyd edək ki, “TUSAŞ” tərəfindən yaradılan “KAAN” təyyarəsinin bu il ilk uçuşunu həyata keçirməsi planlaşdırılır. Bu təyyarədən həm hava, dəm də yer döyüşlərində istifadə etmək mümkün olacaq.