Fransada pensiya islahatlarına qarşı mitinqlər keçirilir

 18:07 01.05.2023     353

Fransada 1 may – əmək günü münasibətilə ölkədəki pensiya islahatlarına qarşı mitinqlər keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “France24“ kanalı bildirib.

Paytaxt Parisdə, Nantda, Tuluza və digər şəhərlərdə polis qüvvələri nümayişçilərə qarşı səs qumbaralarından istifadə edir.

Təhlükəsizlik qüvvələri əməkdaşları aksiya iştirakçılarını su şırnaqları və gözyaşardıcı qazın köməyi ilə dağıtmağa çalışır.

Həmçinin qeyd edək ki, Fransa hökuməti bu gün bütün ölkə üzrə 500-650 min, Parisdə isə 100 minə qədər insanın küçələrə çıxacağını gözləyir.

Xatırladaq ki, Fransada pensiya yaşının artırılmasını və bir sıra xüsusi pensiya imtiyazlarının ləğvini nəzərdə tutan pensiya islahatı layihəsi bu ilin yanvarında təqdim olunub. Bu layihə ölkə ərazisində kütləvi nümayişlərə və tətillərə səbəb olub.
14 apreldə Konstitusiya Şurası pensiya islahatını dəstəkləyib, bir neçə müddəalar çıxarılıb, lakin əsas müddəa - pensiya yaşının 62-dən 64-ə qaldırılması təsdiq edilib və bundan sonra Emmanuel Makron sənədi imzalayıb.