Bolqarıstanın baş prokuroruna sui-qəsd oldu

 21:40 01.05.2023     327

Bazar ertəsi Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin yolunda partlayış baş verib,. Hadisə nəticəsində insan təlafatı olmayıb. Hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirib və cinayət işi başlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Milli İstintaq Xidmətinin rəhbəri Borislav Sarafov brifinqdə bildirib.

"Partlayış zamanı hadisə şahidləri təxminən 5 m hündürlüyündə yanğın sütununun olduğunu bildiriblər. Hadisə yerində təxminən 40 sm dərinlikdə və təxminən üç metr diametrdə krater aşkar edilib. Bundan əlavə, partlayışın istiqaməti aydın şəkildə yola, maşınların keçdiyi istiqamətə idi. Bomba təkcə 3 kq-dan az olmayan trotillə deyil, həm də vurucu elementlərlə də olub. Partlayıcı qurğu hədə-qorxu deyil, öldürmək məqsədi ilə quraşdırılıb. Maddi sübutların toplanması məqsədilə hadisə yerinə hərtərəfli baxış keçirilir. Partlayış elə baş prokurorun avtomobili  hərəkətdə olarkən baş verib”, - Sarafov bildirib.

"Aydındır ki, bu, peşəkarlıqla hazırlanmış və həyata keçirilmiş sui-qəsddir. Möcüzə baş prokuroru və onun bir avtomobildə olan ailə üzvlərini, eləcə də ətrafındakıları xilas edib. Terror faktı ilə bağlı cinayət işi açılıb. Ümid edirəm ki, Milli Təhlükəsizlik Xidməti indi baş prokurorun təhlükəsizliyini öz üzərinə götürəcək”, - deyə istintaq rəhbəri əlavə edib.

Hadisə baş verən zaman Qeşev zirehli cipdə olub.

Tunar Altunbay