"Əfqanıstanda tiryək əkini sıfıra yaxın azaldılıb" - Taliban

 21:54 01.05.2023     339

Bu il Əfqanıstanda tiryək xaşxaş plantasoyaları ölkə hakimiyyətinin həyata keçirdiyi tədbirlər nəticəsində demək olar ki, sıfıra endirilib.

Redaktor.az xəbər verir ki, bunu bazar ertəsi "Taliban" radikal hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid deyib.

"Əfqanıstanda narkotik problemi həll olunur, bu il ölkədə xaşxaş bitkiləri bütövlükdə sıfıra yaxındır. Əgər kimsə onu dağlıq və ucqar ərazilərdə yetişdiribsə,xaşxaş məhv edilib", - Əfqanıstan telekanalı Ariana News Mücahiddən sitat gətirib. 

"Narkotik ticarətinin azaldılması üçün də ciddi addımlar atılır və biz hər gün narkotik alverçilərinin həbslərinin şahidi oluruq. Biz yaxın və uzaq ölkələri əmin edirik ki, Əfqanıstan narkotika mərkəzi olmayacaq. Əfqanıstan İslam Əmirliyiciddi addımlar atıb", - Talibanın sözçüsü bildirib.

Xatırladaq ki, 2022-ci ilin aprelində hərəkatın ali lideri Heybətullah Axundzadə bütün ölkə ərazisində xaşxaş becərilməsini qadağan edən fərman verib və bu, pozucuların şəriət (İslam qanunu) əsasında mühakimə olunacağını göstərir.

Ötən ilin noyabrında BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi qeyd edib ki, 2022-ci ildə Əfqanıstanda tiryək əkin sahəsi əvvəlki illə müqayisədə 32% artaraq 233 min hektar təşkil edib. Ümumi əkin sahəsinin 73 faizi respublikanın cənub-qərb rayonlarında cəmləşib.

Əfqanlar dünyada tiryək istifadəçilərinin təxminən 80%-ni təmin edir.

Tunar Altunbay