Qonşu ölkədə elektrik enerjisi bahalaşdı

 22:37 01.05.2023     406

Rusiya hökuməti elektrik enerjisinin milli şəbəkə ilə ötürülməsi tarifini 6,3% qaldırıb. Bu tarif  1 may - 31 dekabr 2023-cü il tarixləri arasında etibarlı olacaq.

Redaktor.az xəbər verir ki, müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Daha əvvəl məlum olub ki, Rusiya Federasiyasında elektrik enerjisi istehsalı yanvar-mart aylarında 0,5% azalıb. O cümlədən, istilik elektrik stansiyaları istehsalı 3,2 faiz, bərpa olunan mənbələrdən istifadə edən elektrik stansiyaları isə 7,3 faiz artırıb.

Eyni zamanda, atom və su elektrik stansiyaları enerji istehsalını azaldıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən