Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılır

 23:18 01.05.2023     333

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin uzadılması haqqında qanun layihəsini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Prezident, həmçinin Ukraynada səfərbərliyin davam etdirilməsini təklif edib.

Qanun layihəsinin mətninə əsasən, Zelenski Ukraynada hərbi vəziyyətin mayın 20-dən daha 90 gün uzadılmasını istəyir.