BMT Ukraynaya görə toplaşacaq

 23:59 01.05.2023     619

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrənin təşkilatdakı daimi nümayəndəsi Paskal Kristin Berisvil məlumat verib.

O mətbuat konfransında bildirib ki, müxtəlif kuratorlar Ukraynadakı vəziyyətlə bağlı iclas keçirmək üçün müraciət etməyə hazır olduqlarını bildiriblər. 

“Ukraynaya gəlincə, hələlik gündəmdə heç bir görüş yoxdur. Amma bir neçə kurator işarə etdi ki, onlar bizdən görüş keçirməyi xahiş edə bilərlər... Humanitar məsələlərlə iki kurator məşğul olur. Ona görə də mən gözləyirəm ki, humanitar aspektlər üzrə görüş olacaq”, - deyə xanım Berisvil qeyd edib.