Tatarıstanda uşaqlar Ukrayna bayrağının rənglərində geyindilər

 10:12 02.05.2023     367

Tatarıstanda uşaq rəqs qrupu Ukrayna bayrağının rənglərindəki geyimlərə görə tənqid olunub.

Uşaqlar mayın 1-də keçirilən tədbirdə Rusiya ordusuna dəstək pankartı fonunda çıxış ediblər. Bundan sonra sosial şəbəkə istifadəçiləri bu cür geyimlərdən istifadəni “uyğunsuzluq” adlandırıblar.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Tatarıstanın Ağrız şəhər Mədəniyyət evi jurnalistlərə 10 ilə yaxın bu geyimlərdən istifadə etdiklərini bildiriblər.

"Bizdə Ukrayna mövzusu yox idi. Tatar mahnısı idi - bayramınız mübarək. Hamısı təsadüfdür, rayonumuz bir az kasıbdır, bizdə olanlar geyindiklərimizdir, siyasi və rəngsiz. Sadəcə üst-üstə düşdü”,-deyə əlavə ediblər.

Rəhbərlik nəinki uşaqlara bir daha bu kostyumları geyindirməyəcəyinə söz verib, həm də həmin tədbirdən fotoları yığışdırıb.

Arzu İSMAYIL