Ukrayna ordusu yüzlərlə Rusiya hərbçisini MƏHV ETDİ

 12:15 02.05.2023     401

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 191420 (+460) nəfər canlı qüvvəsi, 3701 (+1) tank, 7193 (+1) ədəd zirehli döyüş maşını, 2930 (+9) ədəd artileriya sistemi, 544 (+0) reaktiv yaylım atəşi sistemi, 295 (+3) hava hücumundan müdafiə sistemi, 308 (+0) təyyarə, 294 (+0) helikopter, 2477 (+1) PUA, 947 (+15) qanadlı raket, 18 (+0) gəmi, 5851 (+6) avtomobil texnikası və avtosistern, 360 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2