Ukraynada səfərbərlik müddəti uzadıldı

 17:43 02.05.2023     283

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 18-nə qədər uzadılıb.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, Ali Rada bununla bağlı təklifi qəbul edib. 

Ukraynalı deputat Yaroslav Jeleznyakın sözlərinə görə, bu, ölkədə müharibə başlayandan bu günə qədər hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı parlamentdə keçirilən 7-ci səsvermədir. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə səfərbərlik və hərbi vəziyyətin uzadılması təklifini təqdim edib.